Modern.az

“Seçkilər” İnformasiya Mərkəzinin sabiq rəhbəri harada işləyir?

“Seçkilər” İnformasiya Mərkəzinin sabiq rəhbəri harada işləyir?

28 Sentyabr 2011, 19:15

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) “Seçkilər” İnformasiya Mərkəzinin sabiq rəhbəri İqbal Babayev jurnalistlərin və siyasətçilərin yaxşı yadındadır. 2000-2008-ci illərdə MSK nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzinin direktoru vəzifəsində işləyən İ.Babayev 2008-ci ilin aprelində şəxsi işlərini əsas gətirərək istefa vermişdi. O zaman Babayevin istefası mətbuatda müxtəlif cür yozularaq onun hətta ölkə rəhbərliyi tərəfindən işdən çıxarıldığı qeyd olunmuşdu.

Modern.az saytına məlum olub ki, “Seçkilər” İnformasiya Mərkəzinin rəhbərliyindən istefa verəndən sonra bir müddət qeyri-rəsmi işdə çalışan İqbal Babayev sonradan Dövlət Gömrük Komitəsində yeni vəzifəyə təyinat alıb.
İ.Babayev hazırda Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi vəzifəsində işləyir.

1964-cü ildə Yardımlı rayonunda anadan olan İ.Babayev 1986-ci ildə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin Avtomatlaşdırma və informasiya texnologiyaları fakültəsini bitirib. 1991-ci ildə Azərbaycan İnşaat və Memarlıq Universitetində, assistent, baş müəllim və dosent vəzifələrində işləyib.
1992-2000 illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri postunu yutub.
2000-2008 illərdə Mərkəzi Seçki Komissiyası nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru vəzifəsində işləyib. Seçki texnologiyaları üzrə ixtiraçı olan İ.Babayev “Seçkilər - informasiya texnologiyaları güzgüsüundə” kitabının müəllifidir.

2008-ci ilin aprelində “Seçkilər” İnformasiya Mərkəzinin rəhbərliyindən istefa verən İ.Babayev həmin ilin sonlarında Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini təyin olunub. 2009-cu ildən indiyədək Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi vəzifəsində işləyir.

Texnika elmləri doktoru olan İqbal babayev 6 monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin müəllifidir. Dövlət Gömrük Komitəsində vəzifə tutandan sonra gömrük xidməti polkovniki rütbəsi alıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ