Modern.az

İtaliyada fövqəladə vəziyyət elan edildi

İtaliyada fövqəladə vəziyyət elan edildi

Dünya

15 Avqust 2018, 21:22

İtaliya hökuməti Genuya şəhərində avtomobil körpüsünün uçması səbəbindən fövqəladə vəziyyət elan edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, fövqəladə vəziyyət Liquriya əyalətini əhatə edir.

 

Baş nazir Cüzeppe Kontenin sözlərinə görə, qərar nazirlər şurasının iclasından sonra qəbul edilib: “Fövqəladə vəziyyət bir ilədək davam edəcək. Hadisənin nəticələrinin aradan qaldırılması üçün ilkin mərhələdə 5 milyon avro vəsait ayrılıb. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...