Modern.az

Ermənistan futboluna Təhlükəsizlik Xidmətinin rəisi nəzarət edəcək

Ermənistan futboluna Təhlükəsizlik Xidmətinin rəisi nəzarət edəcək

16 Avqust 2018, 17:08

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan Ermənistan Futbol Federasiyasına (EFF) namizədliyi haqda danışıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Vanetsyan, EFF-in rəhbər mövqeyini tutmasının heç bir şəkildə onun əsas fəaliyyətinə maneə törətməyəcəyini bildirib.

 

O, həmçinin seçilməsinin erməni futboluna böyük xeyir verəcəyini də bəyan edib.

“Ali futbol liqasının 9 komandası yekdilliklə mənim namizədliyimi irəli sürüb və dəstəkləyiblər. Yaxın gələcəkdə Ermənistan Futbol Federasiyasının hazırkı prezidenti və icra komitəsi görüş keçirəcək və yeni seçkilər elan edəcək” – Vanetsyan qeyd edib.

 

O həmçinin bildirib ki, hazırda rəsmi seçkilərin elan olunmadığı üçün onun sözlərini də rəsmi namizədlik kimi qəbul etmək lazım deyil.

Vanetsyanın sözlərinə görə federasiyada əsas işi futbol nümayəndələri görəcəklər o isə sadəcə aktiv iştirakçı olacaq.

 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU