Modern.az

Deputat Sevinc Fətəliyeva: “Məsuliyyətim və cavabdehliyim - seçicilərimdir”

Deputat Sevinc Fətəliyeva: “Məsuliyyətim və cavabdehliyim - seçicilərimdir”

Parlament

29 Sentyabr 2011, 14:56

Modern.az birinci dəfə deputat seçilmiş şəxslərin qanunvericilik prosesində iştirakını, bu prosesdə nəyə üstünlük verdiklərini öyrənmək üçün onlara konkret suallarla müraciət edir. Qeyd edək ki, deputatlar Elxan Süleymanov, Ceyhun Osmanlnın fikirləri artıq saytımız vasitəsilə oxuculara təqdim olunub.

Budəfəki müsahibimiz 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat Sevinc Fətəliyevadır.

- Sevinc xanım, sizcə, Azərbaycanda aparılan islahatların hansı sahəsi daha çox vacibdir?

- İslahat sözü özü özlüyündə yeniliklərin tətbiq olunması, müasirləşmək, inkişaf etməyi əks etdirir. Mən düşünürəm ki, hər hansı sahədə islahat aparılırsa, demək o zərurətdən meydana gəlir və üstəlik insanların rifahına xidmət edirsə, bu zaman onun qeyri-vacib olmasından söhbət gedə bilməz. Azərbaycanda aparılan işlər - həm xarici siyasətimiz, siyasi islahatlar, iqtisadi təşəbbüslər bütövlükdə müsbət istiqamətdə gedir.
Mən elm sahəsinin nümayəndəsi kimi, qeyd edim ki, elm və təhsildə baş verən islahatların aparılması, misal üçün - ali təhsilin Boloniya sisteminə keçməsi, tələbələrimizin  daha şəffav və müasirləşmiş təhsil almasına  imkan yaradır. 
Çox sevindirici haldır ki, bu gün  müxtəlif sahələrdə aparılan islahatların təcrübəsindən  müxtəlif ölkələr bəhrələnmək istəyində olduğunu bildirir. Demək istəyimizə nail olmuşuq. Ancaq biz  əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daim inkişafda və axtarışda olmalıyıq.

- Milli Məclisin deputatı kimi fəaliyyət sferasında daha çox nəyə diqqət yetirirsiniz, qanunvericilik prosesinə, yoxsa seçicilərlə işə?

- Bilirsiniz, siz millət vəkili işinin iki ən mühüm istiqamətinə toxundunuz. Bunları biri-birindən ayırmaq qeyri mümkündür. Çünki seçicilərlə keçirilən görüşlərin nəticəsi olaraq, qanunvericilik prosesində yeniliklərin həyata keçirilməsinə, onların istəklərindən meydana gələn, rifahlarına xidmət edən, isalahtların aparılmasına nail olmaq olar.  Mənim fikrimcə, hər iki məqamda  əsas dəyər kimi insan amili götürülməlidir. İkinci məsuliyyətim və cavabdehliyim - seçicilərimdir, onların qarşılaşdığı problemlərin həllidir.

- Sizin üçün Milli Məclisdə  qanunvericilik prosesində kömitələrdə işləmək maraqlıdır, yoxsa plenar iclasada iştirak etmək?

- Təbii ki, mənim üçün  Azərbaycanımızın inkişafına xidmət edən, gündəlik həyatını tənzimləyən qanunların yaradılıb, hazırlanmasında, onların müzakirə posesində bilavasitə iştirak çox fəxarət verici məqamdır.  Bildiyiniz kimi komitə daxilində müxtəlif qanun layihələri hazırlanıb, plenar iclasın müzakirəsinə təqdim olunur, nəticədə bu layihənin hazırlanması və təsdiqi - hər iki prosesdə iştirak mənim üçün olduqca maraqlıdır.

- Fikrinizcə, vətəndaşlarla görüşdə ən vacib məsələ nədir?

- İnsan yarandığı gündən kimliyindən aslı olmayaraq qayğıya ehtiyac duyur. Bəzən gündəlik həyatımızda özümüz də hiss etmədən bir sözümüzlə kiminsə həyatına müsbət və yaxud əksinə təsir edə bilirik. Lakin millət vəkili kimi sənə kimsə müraciət etdikdə, bu məsuliyyəti duyur, onu güvənc yeri olduğunu hiss edir, deyəcəyin sözün və edəcəyin qayğının nə dərəcədə əhəmiyyətli olduğunun fərqinə varırsan. Kimsə fikirləşir ki, millət vəkili ilə görüş baş tutarsa, bu artıq problemlərin həlli deməkdir. Öncə önəm verdiyim əsas məsələ seşicilərimlə səmimi münasibət yaratmaq və onların ən kiçik məsələlərinə belə həsaslıqla yanaşmaqdır.

- Sevinc xanım, necə hesab edirsiniz, Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı ictimai dinləmələrin keçirilməsi vacibdirmi?

- Bütün plenar iclaslarda KİV nümayəndələri iştirak edir. Müzakirələr, maraqlı məqamlar KİV ilə təqdim olunur, ictimaiyyətlə əlaqənin qurulmasına zəmin yaradır. Bu baxımdan KİV-in üzərinə çox böyük məsuliyyət düşür- ictimai rəyin formalaşması, vətəndaşa düzgün və gərəkli məlumatın ötürülməsi, onların fikirlərinin işıqlandırılması. Bu gün Azərbaycanımız ən demokratik dəyərlərə sahib olan və vətəndaş cəmiyyəti kifayət qədər inkişaf etmiş bir ölkədir. Mən belə hesab edirəm ki, müəyyən qanun layihələrinin qəbul olunmasında  ictimaii dinləmələrin müzakirəsi, bu müzakirələrdən irəli gələn ölkəmizin inkişafına xidmət edən təkliflərin əks olunması vacibdir.

- Sizcə, qanun layihələrinin müzakirələri harada keçirilməlidir – komitələrdə, yoxsa plenar iclasda?

- Hər bir komitənin tərkibi, komitə üzvlərinin təcrübəsindən, biliklərindən maksimum faydalanmaq istiqamətində qurulub. Komitə müzakirələri zamanı qanun layihələrinin bütün kiçik incəliklərini lazımı səviyyədə ətraflı müzakirə etmək mümkündür. Bu da ona imkan verir ki, plenar iclasa qədər qanun layihəsi artıq hər nöqteyi-nəzərdən xüsusi peşəkarlıqla incələnib hazırlansın. Belə olduğu halda qanun layihəsini plenar iclasada rahat müzakirə etmək olur.

- Tədqiqat mərkəzləri və QHT-lər tərəfindən verilmiş təkliflər əsasında qanun layihələrinin hazırlanmasını səmərəli hesab edirsinizmi?

- Təbii ki, tədqiqat mərkəzləri və QHT- nın fəaliyyəti bizim üçün çox vacibdir, onlar düzgün yanaşmada, mümkün araşdırmaların mənbəyi və ictimayyətlə ünsiyyətdə güclü bir vasitəyə çevrilə bilər. Bu baxımdan, tədqiqat mərkəzləri və QHT tərəfindən verilən bütün təkliflərə diqqətlə yanaşılmalıdır.

- Deputat köməkçilərində vacib bacarıqlar hansılar olmalıdır?

- Öncə işinin vacibliyinə önəm verərək məsuliyyəti dərk etməli, insanlarla ünsiyyət bacarığına və hər bir sahədə məlumat bazasına sahib olmalıdır.

- Deputat kimi seçicilərlə ünsiyyətdə hansı formalardan daha çox istifadə edirsiniz?

- Qeyd etməliyəm ki, Suraxanı rayonunda daimi nümayəndəliyim fəaliyyət göstərir. Hər bir vətəndaş gün ərzində öz təklif və müraciətlərini edə bilərlər. Bundan başqa, biz heç bir məktubu diqqətsiz və cavabsız qoymuruq . Seçicilərlə təyin olunmuş qəbul günləri və görüşlərdən başqa, rayon ərazisində keçirilən tədbirlərdə görüşmək imkanından faydalanırıq. Seçicilərin maraq dairələrini əhatə edən lahiyələrin həyata keçirilməsinə çalışır, onların özlərindən gələn təkliflər əsasında müxtəlif tədbirlər keçiririk.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı