Modern.az

Yenilənmiş superkar Nissan GTR haqqında yeni məlumatlar yayıldı

Yenilənmiş superkar Nissan GTR haqqında yeni məlumatlar yayıldı

Təhsil

29 Sentyabr 2011, 15:15

NAGTROC saytı Nissan GTR 2012 superkarı haqqında yeni məlumatlar dərc edib. Portalın mənbələri təsdiq ediblər ki, avtomobilin mühərriki modernizasiya nəticəsində əvvəlkindən 40 at gücü daha güclüdür.

Belə ki, avtomobilin hazırki altı silindirli 3.8 l həcmində benzin bi-turbo mühərriki 530 at gücündədir. Yenilənmədən sonra isə bunun 570 at gücünə çatacağı gözlənilir. Bununla yanaşı mühərrik CO2-nin səviyyəsini azaltmaqla həm də ekoloji xarakteristikasını da yüksəldəcək. Lakin bunun hansı səviyyədə olacağı hələ məlum deyil.   

Yenilənmiş superkar həm də modernləşdirilmiş asqı sistemi, ötürmə qutusunun elektronikasının təkmilləşdirilmiş idarəçisi, yaxşılaşdırılmış alt müqavimət sipərləri ilə də təchiz olunacaq. Sonuncu isə avtomobilin aerodinamik müqavimət əmsalını aşağı salmağa kömək edəcək.

Həmçinin avtomobildə “Nissan”ın test-pilotu Toçio Suzukiyə məxsus Nordring tüninq kompaniyasında hazırlanmış karbon elementlər quraşdırılmış arxaçəkiş trek modifikasiyası da quraşdırılacaq. GT-R superkarının xüsusi versiyaları olan Premium Black və Egoist bundan sonra yalnız Yaponiyada deyil, bütün bazarlarda təklif olunacaq.

“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...