Modern.az

Rövnəq Abdullayevin 80 min işçisi qan verəcək

Rövnəq Abdullayevin 80 min işçisi qan verəcək

Təhsil

29 Sentyabr 2011, 16:33

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumatda məlumata görə, Heydər Əliyev Fondunun sədri, Milli Məclisin üzvü, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsünə birincilərdən olaraq qoşulan ARDNŞ artıq 3 ildir ki, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım göstərilməsi sahəsində “Savab Dünyası” Talassemiya Assosiasiyası və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə 3000-dən artıq, 2010-cu ildə isə təxminən 5000 neftçi qanvermə aksiyalarında iştirak edib.

“Bu il də neftçilər qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizə yardım məqsədi ilə aparılan kampaniyada fəallıq göstərirlər. Artıq bu günə kimi ARDNŞ-nin idarə və müəssisələrində çalışan 1200 neftçi “Talassemiyasız həyat naminə” devizi altında gerçəkləşdirilən aksiyalarda qan verib. Oktyabrın 5-də ARDNŞ-nin Baş ofisində və Şirkətin Sərmayələr İdarəsində də analoji humanitar tədbirin keçirilməsi planlaşdırılıb. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə birgə hazırlanan qrafikə uyğun olaraq, 2012-ci ilin fevral ayına kimi davam edəcək qanvermə kampaniyasında ARDNŞ-nin bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə çalışan 80 min nəfərə yaxın əməkdaşın könüllü iştirakı nəzərdə tutulub”.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...