Şimali Koreya və Cənubi Koreya arasında üç illik müharibə zamanı (1950-1953-ci illər) ayrı düşmüş ailələrin bu gün ilk görüşü baş tutub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müharibə səbəbi ilə ayrı qalmış ailə üzvlərinin görüşünün KXDR-in Kımqansan kurort bölgəsində baş tutduğu bildirilir.
Görüşdə hər iki tərəfdən ümumi sayı 250 nəfərin iki mərhələdə iştirak edəcəyi qeyd edilir.
Görüşdə iştirak edənlər əsasən 80 yaşlarında və daha yaşlı olan insanlardır.
Qeyd edək ki, iki yerə bölünmüş yarımadada tərəflər bu cür görüşləri ilk dəfə 1985-ci ildə keçirib. Həmin dövrdə 21,7 min insana bir-birini görmək nəsib olub. Daha sonra bu görüşlər 2000-ci ildən başlayaraq müəyyən aralıqlarla 2015-ci ilə kimi davam edib. Tək Cənubi Koreyada bir-birindən ayrı düşmüş ailə üzvlərində 57 min insan var. Onlardan çoxu 1953-cü ildən bəri bir-birini görməyib.