Modern.az

Ramil Usubov: "...798 polis əməkdaşı cəzalandırılıb"

Ramil Usubov: "...798 polis əməkdaşı cəzalandırılıb"

Təhsil

30 Sentyabr 2011, 08:17

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 29-da ATƏT-in Bakı Ofisinin yeni təyin olunmuş rəhbəri cənab Koray Torqayı qəbul edib.

DİN mətbuat xidmətinin məlumatına görə, nazir qonağı bu təyinat münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Daxili işlər naziri ATƏT-lə rəhbərlik etdiyi qurum arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirərək qeyd edibr ki, digər hüquq-mühafizə orqanları kimi, respublikada təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə həmin qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Bakı Ofisi və bir sıra ölkələrdə yerləşən missiyaları ilə sıx əməkdaşlıq əlaqələri yaranıb. Bunun nəticəsi olaraq polis fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbirlər və layihələr həyata keçirilib. Son illər ATƏT-in təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlərdə Nazirliyin 2 min nəfərdən çox əməkdaşı iştirak edib.

Ramil Usubov qeyd edib ki, əldə edilmiş təcrübənin praktiki fəaliyyətdə tətbiq olunması istiqamətində işlər davam etdirilir.       

Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı qısa məlumat verib. Nazir onu da deyib ki, qəbul edilmiş yeni qanunların, həmçinin ATƏT-in dəstəyi ilə keçirilən çoxsaylı seminar və treninqlərin şəxsi heyətin peşəkarlığının, dünyagörüşünün artırılmasında, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rolu olub. R.Usubov DİN rəhbərliyi tərəfindən qanunçuluğa, insan və vətandaş hüquq və azadlıqlarının qorunmasına ciddi nəzarət edildiyini, vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə təkcə son üç il yarım ərzində 798 əməkdaşın cəzalandırıldığını diqqətə çatdırıb.

Koray Torqay səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirib, ATƏT-in Bakı Ofisi ilə Daxili İşlər Nazirliyi arasında qarşılıqlı faydalı işbirliyinin bütün sahələrdə praktik nəticə və səmərə verdiyini, uğurlu əməkdaşlığın gündən-günə inkişaf etdiyini, təmsil etdiyi qurumun polis fəaliyyətinin təkmilləşdirilməsində hər zaman maraqlı olduğunu və bu prosesə bundan sonra da yardımçı olacağını vurğulayıb.      

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...