Modern.az

Tramp: “İsrailin Məhəmməd adlı baş naziri olacaq”

Tramp: “İsrailin Məhəmməd adlı baş naziri olacaq”

20 Avqust 2018, 18:19

ABŞ prezidenti Donald Tramp İsrail və Fələstin məsələsinin həll olunmayacağı təqdirdə vəziyyətin tamamilə dəyişə biləcəyini qeyd edib.

 

Modern.az İsrail KİV-inə istinadən xəbər verir ki, Tramp problemi həll olunmayacağı təqdirdə tezliklə İsrailin Məhəmməd adlı baş nazirinin olacağını bildirib.

İordaniya kralı II Abdallahı Ağ Evdə qarşılayan Tramp İsrailin “Kanal 10” televiziyasına çıxışı zamanı bu barədə danışıb.

Kral Fransanın xarici işlər naziri Jan İv Le Driana fələstinli gənclərin müharibədən bezdiklərini və bir dövlətin olmasını istədiklərini nəql etdiyini söyləyib.

“Dedikləriniz olduqca məntiqlidir. Tək dövlət ssenarisində İsrail baş nazirinin adı bir neçə il ərzində Məhəmməd olacaq” – Tramp rəy bildirib.

Qeyd edək ki, Trampla kral arasında barış planı barədə kiçik mübahisə də olub.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU