Modern.az

Milli Məclisin payız sessiyası başlayır

Milli Məclisin payız sessiyası başlayır

30 Sentyabr 2011, 09:05

Bu gün başlayacaq sessiyanın qanunvericilik işləri planına 18 məsələ daxildir. Bundan əlavə, qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidenti, Ali Məhkəməsi, Baş Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Milli Məclisə təqdim ediləcək qanun layihələri, həmçinin “Azərbaycan Respublikasının 2012-ci dövlət büdcəsi haqqında” qanunlar paketinə daxil olan layihələri də payız sessiyasında müzakirəyə çıxarılacaq.
Şəhərsalma və Tikinti Məcəlləsi, “Ali Təhsil haqqında”, “Elm siyasəti haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihələri, Rəqabət Məcəlləsi və s. sənədlər daxildir.
Sessiya dövründə Kənd təsərrüfatının, elmin və təhsilin, sosial və mədəniyyət sahələrinin inkişafını nəzərdə tutan bir sıra mühüm qanunların müzakirəsi də planlaşdırılıb. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Kənd təsərrüfatının kooperasiyası haqqında”, “Sosial xidmət haqqında”, “Pasiyentin hüquqları haqqında”, “Mədəniyyət haqqında” (birinci oxunuş), “Muğam sənəti haqqında” qanun layihələri var.
Sessiya dövründə bir sıra beynəlxalq saziş və müqavilələr, protokollar təsdiqlənəcək, qanunlara dəyişikliklər və əlavələr ediləcək

Sessiyanın bu gün keçirləcək iclasının gündəliyinə isə 27 məsələ daxil edilib.

Modern.az. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı