Modern.az

"İslahatçı Gənclər" "Xəzər" mükafatının qaliblərini açıqlayıb

"İslahatçı Gənclər" "Xəzər" mükafatının qaliblərini açıqlayıb

Qarabağ

30 Sentyabr 2011, 10:26

"İslahatçı Gənclər" İctimai Birliyi hər il ənənəvi olaraq təqdim etdiyi "Xəzər" Milli Mükafatının növbəti qaliblərinin adını açıqlayıb. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, "Xəzər" Milli Mükafatının qalibləri ölkənin müxtəlif təbəqələrini təmsil edən insanlar arasından keçirilən sorğular əsasında müəyyən edilir və məqsəd müxtəlif istiqamətlər üzrə fəal olan şəxslərin əməyini qiymətlədirməkdir.

"Xəzər" Milli Mükafatının yeni qalibləri:

Dövlət məmurları:

Zakir Həsənov - Daxili Qoşunların komandanı, general-leytenant
Nazim İbrahimov - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Xalidə Bayramova - Səbail rayon İcra Hakimiyyətinin başçısının I müavini
Əhəd Abıyev - Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı
Leyla Seyidbəyli - Bakı Şəhər Səhiyyə İdarəsinin müdürü
Yusif Məmmədov - Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru
Müşfiq Əmirov - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Millət vəkilləri:

Qənirə Paşayeva
Aydın Mirzəzadə
Elmira Axundova
Elton Məmmədov
Jalə Əliyeva
Ceyhun Osmanlı
Fəzail Ağamalı
Çingiz Qənizadə
Novruz Aslanov
Aslan Cəfərov

İctimai və mədəni xadimlər

Nazim Məmmədov - İqtisadçı-alim
Fəxriyyə Xələfova - Moda və Dizayn mərkəzinin rəhbəri, əməkdar incəsənət xadimi
Nərgiz Kərimova - "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyinin sədri
Salman Əliyev - Gəncliyə Yardım Fondunun vitse-prezidenti
Aybəniz Haşımova - Xalq Artisti

Media

AzTV Xəbərlər departanmenti
"Space" “Hər gün” informasiya proqramı
Qafqazinfo.az
Modern.az

Biznes strukturu

"Azərfon" şirkəti - Jurgen Peetz

Mükafatçıların təltifetmə mərasimi oktyabr ayının 3-də baş tutacaq.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal