Deputat Novruz Aslanovun İsmayıllı rayon seçiciləri ilə görüşləri davam edir. Bu günə kimi millət vəkili İsmayıllı rayonuna 35 belə səfər edib. Sentyabrın 29-da millət vəkili Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonunda yerləşən ofisində seçicilərin qəbulunu keçirib.
“Sakinlərin qaldırdıqları əsas məsələlər sosial yönümlü olub. Belə məsələlər həmişə millət vəkilinin diqqət mərkəzində olub və əlaqədar qurumlara bu məsələlər barədə müvafiq müraciətlər edilib. Belə müraciətlərin bəziləri öz həllini tapıb, bir qismi isə icraata götürülüb”-deyə deputatın qərargahından məlumat verilib.
Görüşdən sonra deputatın tapşırığı ilə Bizlan kənd sakini, hər iki gözdən əlil Yeganə Məmmədovaya deputata müraciətinə əsasən müvafiq ərzaq yardımı edilib.
“Məlumat üçün bildirək ki, Novruz Aslanovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciətlərinə əsasən bəzi kəndlərdə içməli su məsələsi demək olar ki, həll olunur. Misal üçün, bu yaxınlarda Bizlan kəndində bu məqsədlə subartezian quyusunun qazılmasına başlanılıb. Bu məsələnin həlli üçün deputat Baş nazirə və hətta dövlət başçısına da müraciət etmişdi. Bizlan kəndində içməli su məsələsə keçən illərdən də deputatın diqqətində olub və kənd sakinləri bu istiqamətdə deputata bir neçə dəfə müraciət etmişdilər”-deyə qərargahdan bildirilib.