Modern.az

Fazil Mustafa parlamentdə vəkilllərə təzyiqlərdən, Arif Hacılının həbsindən danışdı

Fazil Mustafa parlamentdə vəkilllərə təzyiqlərdən, Arif Hacılının həbsindən danışdı

30 Sentyabr 2011, 12:33

Milli Məclin bugünkü iclasında deputat Fazil Mustafa çıxış edərək Vəkillər Kollegiyasının vəkillərə təzyiqlərindən danışıb. Millət vəkili bildirib ki, vəkillər öz peşəsini yerinə yetirərkən maneələrlə üzləşirlər. Deputatın sözlərinə görə, onların işi saxlanılan şəxsləri müdafiə etməkdir, amma həmin vəkillər bir-bir Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılırlar. Millət vəkilinin sözlərinə görə, vəkillərə qarşı belə təzyiqlər Azərbaycanın beynəlxalq aləmdəki imicinə zərbə olacaq.

O, problemin ciddiliyinə diqqət edilməsini vurğulayıb. Deputat Vəkillər Kollegiyasında islahatların aparılmasının, rəhbərlikdə dəyişikliyinin vacib olduğunu qeyd edib.

Fazil Mustafa Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı məsələyə toxunub və diqqəti İctimai Palatanın 2 aprel mitinqində həbs olunanlara və digər məhbuslara yönəldib. Deyib ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində rolu olan Arif Hacılı, Nemət Pənahlı və başqaları həbsdən buraxılmalıdır.
Millət vəkili eyni zamanta amnistiyanın tərəfdarı olduğunu vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı