Modern.az

Milli Məclisdə mübahisə düşdü

Milli Məclisdə mübahisə düşdü

30 Sentyabr 2011, 13:15

Modern.az xəbər verir ki, Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında mübahisə yaşanıb. Müzakirələr zamanı söz alan deputat Z.Orucun təhsil sahəsində qanunlarda dəyişikliyin edilməsi barədə təklifləri spiker Oqtay Əsədov tərəfindən sərt reaksiya ilə qarşılanıb. Zahid oruc təkilf edib ki. ali təhsillə bağlı qanunun qəbulunun vaxtı çatıb.
O.Əsədov Z.Orucun sözünü kəsib və ona irad tutaraq Milli Məclisin disskussiya yeri olmadığını, gündəlik barədə danışmasını tələb edib.

Əvəzində Z.Oruc da O.Əsədova irad tutub və Milli Məclis binasının muzey olmadığını vurğulayıb.  «Bu binanın içində ciddi diskussiyalar, siyasi debatlar keçirilməsə, bura muzey deyəcəklər, parlament deməyəcəklər».

Z. Orucun iradlarına isə O. Əsədov əsəbi şəkildə cavab verib: «Zahid Oruc, mənə dərs keçməyə nə yaşın çatır, nə hüququn. Xahiş edirəm, danışığına fikir ver. Mövzu barədə danış. Sonra deyirsən ki mənə danışmaq imkanı vermirlər”.

"Mən öz funksiyamı yerinə yetirirəm. Heç kimə dərs keçmək fikrində deyiləm..."-deyə Z.Oruc spikerə cavab verib.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı