Modern.az

İki alpinisti ildırım vurdu

İki alpinisti ildırım vurdu

Dünya

22 Avqust 2018, 23:07

Elbrus dağına çıxan zaman iki alpinisti ildırım vurub. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Kabardin-Balkar üzrə Baş İdarəsinin məlumatında deyilir.

 

"Çərşənbə günü 16.55-də ilkin məlumat daxil oldu ki, Elbrus dağının 4300 və 4200 metr yüksəkliyində iki alpinist ildırım vurması nəticəsində xəsarət alıb",- deyə məlumatda qeyd olunur.

 

İdarədən verilən məlumata görə, xəsarət alanlardan biri ağır vəziyyətdədir, digərinin vəziyyəti isə orta-ağırdır.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksəkdağlıq axtarış-xilasetmə dəstəsinin 6 xilasedicisi yollanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU