Modern.az

Qənirə Paşayeva Milli Məclisdən İran parlamentinə səslənib

Qənirə Paşayeva Milli Məclisdən İran parlamentinə səslənib

30 Sentyabr 2011, 13:26

Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Qənirə Paşayeva da çıxış edib. O, Güney Azərbaycandakı Urmiya gölünün qurumaq təhlükəsi ilə üzləşməsinə etiraz edən soydaşlarımızın İran hakimiyyətinin repressiyalarıa məruz qalmasından danışıb.

Qənirə Paşayeva deyib ki, “biz Urmiya gölü ilə  bağlı cənubdakı soydaşlarımıza dəstək verməliyik”. Deputat İran parlamentinə müraciət edib ki, orada yaşayan azərbaycanlıların problemlərinə biganə qalmasın. “Mən İran parlamentinə səslənirəm: Azərbaycan əleyhinə fəaliyyət göstərən “Səhər” kanalına verdiyiniz pulu Urmiya gölünün qurumasının qarşısını almağa yönəldin”.

Deputat Siyavuş Novruzov isə İranda yaşayan 30 milyon azərbaycanlını bu məslədə aktivliyə çağırıb. “Amma onların özlərində də bir hətəkət olmalıdır”-deyə deputat vurğulayıb.

Deputat Fəzail Ağamalı, Fərəc Quliyev və İqbal Ağazadə də eyni problemlə bağlı danışıblar.

İqbal Ağazadə İranda hüquqları pozulan 35 milyon Azərbaycan məsələsinə rəsmi Bakının səssiz qalmasının yaxşı hal olmadığını və kəskin etiraz bildirməsini vacibliyini qeyd edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı