Modern.az

İqbal Ağazadə Vəkillər Kollegiyasının sədrini ağıldankənar hərkətlərdə suçladı

İqbal Ağazadə Vəkillər Kollegiyasının sədrini ağıldankənar hərkətlərdə suçladı

30 Sentyabr 2011, 15:14

Parlamentin sentyabrın 30-da keçirilən iclasında deputat İqbal Ağazadə İctimai Palatanın 2 aprel mitinqində həbs olunanların azad olunmalarının vacibliyini önə çəkib. O, deyib ki, həmin şəxslər azad edilməsələr, onlar siyasi məhbuslar siyahısına salınacaqlar. Bundan Azərbaycana qarşı istifadə ediləcək. “Buna görə də onlar dərhal onlar azad olunmalıdırlar”.

İ.Ağazadə Vəkillər Kollegiyasının sədri Azər Tağızadənin həbsdə olan müxalifətçilərin vəkillərinilə qanunazidd davrandığını qeyd edib. Sonra əlavə edib ki, “Azər Tağıyev adlı bu adam yatıb yuxusunda nə görürsə, səhər durub ağıldankənar formada hərəkətlər edir”.

Spiker Oqtay Əsədov İqbal Ağazadəni aqressiv danışmaqda günahlandırıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı