Modern.az

Məlahət İbrahimqızı məktəbli formasını tikənləri ittiham etdi: "Bu paltar revmatizm mənbəyidir"

Məlahət İbrahimqızı məktəbli formasını tikənləri ittiham etdi: "Bu paltar revmatizm mənbəyidir"

Təhsil

30 Sentyabr 2011, 14:10

YAP-çı deputat Məlahət İbrahimqızı parlamentin bugünkü iclasında bildirib ki, “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsini Milli Məclisin payız ssesiyasının gündəliyinə çıxarmaq lazımdır. O xatırladıb ki, əvvəllər bu məsələnin müzakirəyə çıxarılmasının əleyhinə çıxan deputatlar olub. M.İbrahimqızı deyib ki, o da hesab edir ki, qanun layihəsi milli xüsusiyyətlər nəzərə almaqla müzakirıyə çıxarılmalıdır.

Sonra deputat məktəbli forması məsələsinə münasibət bildirib və deyib ki, satışda olan məktəbli formasının tikildiyi parçanın tərkibi sintetikdir. “Hazırki məktəbli forması revmatizm mənbəyidir. Qışda balaca, məktəb yaşlı uşaqlar soyuqdan, yayda isə istidən əziyyət çəkəcəklər. Ona görə məsələyə diqqət etmək lazımdır”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...