Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında millət vəkili Fuad Muradov vətəndaşların qeydiyyata alınmaması məsələsini qaldırıb.
“Cənab Prezident özü göstərişlərində bildirib ki, hansısa vətəndaş bir yerdə yaşayırsa, o heç bir sorğu-sual olunmadan qeydiyyata alınmalıdır” deyən F.Muradov deputatı olduğu Səbail rayonunda bu məsələ ilə bağlı ciddi problemlər yaşandığını vurğulayıb. Deyib ki, insanlar uzun müddətdir eyni yerdə yaşamalarına baxmayaraq, qeydiyyata alınmırlar ki, bu da onların işə düzəlməsi üçün sonradan ciddi problemlər yaradır.
Deputat Qarabağ veteranlarının sosial problemlərini də qaldırıb, məsələnin mütləq diqqətə alınmalısının vacibliyini qeyd edib. O, ordudan təxris olunmuş hərbçilərin ev məsələsinə toxunub və bildirib ki, həmin şəxslərə ayda cəmi 20 manat evpulu verilir. Bu 20 manat isə çox pul deyil.
Modern.az