Fransanın “Air France” şirkəti sentyabrın 18-dən İranın paytaxtı Tehrana uçuşları dayandıracaq. Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” şirkətin nümayəndəsinə istinadən məlumat yayıb.
“Biz iqtisadi məsələlərə görə Tehrana uçuşları dayandırırıq”, - şirkət rəsmisi bildirib.
“Air France” şirkəti 1933-cü il oktyabrın 7-də yaradılıb. 2004-cü ildə “Air France” Hollandiyanın KLM aviaşirkəti ilə birləşib.
Bu arada “British Airways” aviaşirkəti də İrana uçuşları dayandıracağını açıqlayıb. Londondan Tehrana sonuncu reys sentyabrın 22-də baş tutacaq.
Bununla bağlı “NEWSru.co.il” portalı məlumat yayıb.
Bu qərara səbəb kimi aviaşirkət iqtisadi baxımdan səmərəsizliyi göstərib.