Modern.az

Moskvada polisə silahlı hücum - VİDEO

Moskvada polisə silahlı hücum - VİDEO

Dünya

24 Avqust 2018, 00:36

Rusiyanın paytaxtında polisə hücum olub. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Moskvada, diplomatik nümayəndəliklərin yerləşdiyi Svitsek Vrajev küçəsində qeydə alınıb. Belə ki, xidmət aparan 2 polis əməkdaşı naməlum şəxsin silahlı hücumuna məruz qalıb.

 

Olay nəticəsində bir polis yüngül yaralanıb, digər polisin açdığı cavab atəşi ilə cinayətkar ağır xəsarət alıb.

 

Yaralı cinayətkarın saxlanıldığı bildirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...