Modern.az

“Azərsu” Hacıqabul və İmişli şəhərlərində təməlqoyma mərasimi keçirdi (FOTOLAR)

“Azərsu”  Hacıqabul və İmişli şəhərlərində təməlqoyma mərasimi keçirdi (FOTOLAR)

Təhsil

30 Sentyabr 2011, 15:10

Hacıqabul və İmişli şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinı start verilib. “Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a bildirlib ki,  bu münasubətlə sentyabrın 30-da Hacıqabul şəhərinin yaxınlığında və İmişli şəhərində su anbarlarının təməlqoyma mərasimi keçirilib.

Bu tədbirlərdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov da iştirak edib.

Q.Hüseynov deyib ki, “Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 30,4 min nəfər üçün hesablanıb. Layihə çərçivəsində şəhərin su təchizatının daim özüaxımlı rejimdə olmaqla aparılması üçün relyefcə yüksək olan 2 nöqtədə 2 və 5 min kubmetr həcmində su anbarlarının inşası nəzərdə tutulur. Şəhərdə ümumi uzunluğu 110 km-ə yaxın müxtəlif diametrli paylayıcı su şəbəkəsi və ümumi uzunluğu 103 km-ə qədər kanalizasiya şəbəkəsi yaradılacaq. Hacıqabul şəhərinin şərq hissəsində, relyefcə çökək ərazidə kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılır. Yaranacaq çirkab sular toplanaraq Şirvan-Kürdəmir avtomobil yolunun kənarında tikiləcək məhsuldarlığı sutkada 6 min kubmetr olacaq sutəmizləyici qurğuya ötürüləcək.

İmişli şəhərinin içməli su ilə təmin etmək üçün Beyləqan rayonun Dünyamalılar kəndi ərazisində 5 yeni subartezian quyusu qazılacaq və buradan İmişli şəhərinə 29 km uzunluğunda 630 mm diametrində magistral su xətti çəkiləcək. Quyulardan İmişliyə saniyədə 120 metr su ötürüləcək. Nəticədə İmişlinin əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla içməli su təminatı tam ösənəcək.

Qeyd edək ki. Hacıqabuldakı layihəni “Hidrolotus” podratçı şirkəti, İmişlidəki layihəni isə T.T.Ş inşaat şirkəti həyata keçirəcək. 2013-cü ilin əvvəlində hər iki layihə tam icra olunacaq.

“Azərsu” ASC ilin sonunaqədər Lənkəran, Biləsuvar, Kürdəmir, Zərdab, Ucar, Şəmkir,  Mingəçevir və Qax şəhərlərində də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini həyata keçirməyə başlayacaq.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...