Dağıstanın Tarımovski rayonunda sərnişin avtobusunun iştirakı ilə insan ölümü ilə nəticələnən yol qəzası baş verib.
Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, Koçubəy yaxınlığında baş vermiş qəzada 4 nəfər həyatını itirib.
Qəza Lada Vesta avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində baş verib.
Ölənlərin hamısının avtomobildə olan şəxslər olduğu bildirilir.
Qeyd edək ki, ilkin versiyaya görə, qəzaya səbəb avtomobil sürücüsünün idarə etməni itirməsi olub.