Milli QHT Forumunun (MQF) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. İclasda yeni təşkilatların MQF-yə qəbulu, yeni icraçı direktorunun təqdimatı və digər məsələlər baxılıb. Bu barədə Modern.az-a MQF mətbuat xidməti məlumat verib.
İlk olaraq 6 QHT (“Sosial Xidmətlər Təşəbbüsü” İB, “Müasir Qadın və Cəmiyyət” İB, “Yaddaş” Maarifçi Gənclər İB, “Gənclər Şəbəkəsi Təşəbbüsləri” İB, “Sağlamlığın müdafiəsi” İB, “Gənc İşgüzar Qadınlar Klubu” İB) MQF-yə üzv kimi qəbul olunub.
Daha sonra regionlarda vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verilməsi məqsədilə MQF-nin yeni regional resurs mərkəzlərinin (Lənkəran, Gəncə, Sumqayıt, Qarabağ və Naxçıvan) yaradılması haqqında qərar qəbul olunub.
MQF-nin yeni icraçı direktoru MQF-nin prezidenti tərəfindən İdarə Heyətinə təqdim olunuv və Ülvi Kazımov MQF-nin İcraçı direktoru vəzifəsinə təsdiq olunub.
Yığıncaqda MQF-nin Sektorlarının gücləndirilməsi məsələsi də müzakirə olunub. Sektorların gücləndirilməsi məqsədilə sektorların yeni strukturunun və tərkibinin növbəti İdarə Heyətinə qədər hazırlanması və təqdim olunması MQF-nin prezidenti Rauf Zeyniyə həvalə olunub.
“Narkoloji vəziyyət və nəzarət haqqında” qanunla əlaqədar olaraq QHT-lərin rəy və təklifləri də müzakirə olunun.
Sonda cari məsələlər müzakirə olunun. MQF-nin səyyar müşavirəsinin oktyabr ayında regionlardan birində keçirilməsi qərara alınıb.
Qeyd edək ki, hal-hazırda 568 təşkilat MQF-nin üzvüdür.
Modern.az