Modern.az

Türkiyənin yüksək çinli rəsmiləri Putinlə görşəcəklər

Türkiyənin yüksək çinli rəsmiləri Putinlə görşəcəklər

Aktual

24 Avqust 2018, 14:58

Türkiyənin təhlükəsizlik üzrə yüksək çinli şəxsləri Rusiya prezidenti Vladimir Putinlə görşəcəklər.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Hülusi Akar və MİT (Milli Kəşfiyyat Təşkilatı) rəisi Hakan Fidan Rusiyada prezident Vladimir Putinlə görüşəcəklər.

Hazırda Rusiyaya səfərdə olan heyət artıq bir neçə görüşlər keçirib.

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra birgə bəyanat verib.

Tərəflər viza rejiminin qarşılıqlı sadələşdirilməsi üçün razılığa gəliblər. Bunun üçün vətəndaşlara xüsusi pasportların veriləcəyi düşünülür.

Qeyd edək ki, Türkiyə müdafiə naziri Hülusi Akar və MİT rəhbəri Hakan Fidan səfər zamanı ilk olaraq Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüblər.

 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU