Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 26.05.2011-ci il tarixli sərəncamının icrası barədə Ədliyyə Nazirliyi Kollegiyasının 31.05.2011 tarixli qərarı və Ədliyyə Nazirliyi Penitensiar Xidməti Baş İdarəsinin 16.08.2011 tarixli tədbirlər planına uyğun olaraq Ədliyyə Nazirinin yanında yaradılmış Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü, hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Çingiz Qənizadə Qobustan Həbsxanasında cəza çəkən məhbuslar qarşısında çıxış edib.
Bu barədə deputatın qərargahından məlumat verilib. Millət vəkili əfv institutunun mahiyyəti və islah prosesində rolu, əfv institutunun qanunvericiliklə tənzimlənməsi, tətbiqi, icrası barədə mühazirə ilə çıxış etmiş, məhkumların maarifləndirilməsi və məlumatlandırılması istiqamətində aparılan işlərin əhəmiyyətini vurgulayıb.
Modern.az