Modern.az

Separatçı rejimdən Gürcüstana HƏDƏ: “Rusiyanın tərkibinə qatılırıq”

Separatçı rejimdən Gürcüstana HƏDƏ: “Rusiyanın tərkibinə qatılırıq”

Aktual

25 Avqust 2018, 14:17

Cənubi Osetiyadakı qondarma rejim Rusiyanın tərkibinə qatılacaq.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bəyanatla qondarma rejimin rəhbəri Anatoli Bibilov çıxış edib.

 

“Ən mühüm hadisə 26 avqust 2008-ci ildir. Mən heç bir zaman Rusiyanın tərkibinə qatılmaqdan imtina etməmişəm və etməyəcəm də. Mənim üçün bu bir stimuldur və istərdim ki, cənubi Osetiya xalqı bu hədəfə nail olsun. Mən Osetiyanı Rusiya Federasiyasının tərkibində görmək istərdim” – Bibilov bəyan edib.

 

O, həmçinin Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı artıq itirdiyini anladığını bildirərək Rusiyanın qondarma rejimin təhlükəsizliyinin yeganə “qoruyucu amil” olduğunu qeyd edib.

 

Xatırladaq ki, Rusiya Gürcüstan torpaqlarında qurulmuş iki separatçı rejimin (Abxaziya və Cənubi Osetiya) “müstəqilliyini” tanımış ilk ölkədir. Bu hadisə 2008-ci ilin avqustun 26-da baş verib.

 

Bundan əvvəl Gürcüstan qoşunları öz ərazi bütövlüyünü təmin etmək üçün Cənubi Osetiyada əməliyyat keçirirdi. Rusiya bu münaqişəli torpaqlarda yerləşdirdiyi (1992-ci ildən) “sülhməramlılarını” və artıq o zaman Rusiya vətəndaşlığını qəbul etmiş şəxsləri müdafiə bəhanəsi ilə Gürcüstan torpaqlarına daxil oldu. Həmin vaxt Rusiya qoşunları Gürcüstan paytaxtı Tiflisə qədər irəliləyərək Gürcüstan tərəfinin 1000 nəfərdən çox itki verməsinə səbəb oldu.

 

Qeyd edək ki, 2018-ci ilin mayında qondarma rejimin rəhbəri Anatoli Bibilov Peterburq Beynəlxalq İqtisadi Forumunda ölkənin elə sabah Rusiyanın tərkibinə qatıla biləcəyini bildirib. Lakin o, bunun üçün ilk olaraq Ukrayna ilə münaqişəli olan və yenə rus hərbçiləri tərəfindən nəzarət edilən Donbas məsələsinin öz həllini tapması lazım olduğunu qeyd edib.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU