Modern.az

Ukraynadan Rusiyanı hiddətləndirən addım

Ukraynadan Rusiyanı hiddətləndirən addım

Dünya

25 Avqust 2018, 22:29

Ukraynada Müstəqillik günü münasibətilə keçirilən hərbi paradda əsgərlər ABŞ və İngiltərə bayraqlarını dalğalandırıblar. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirak etdiyi rəsmi mərasimdə ABŞ və İngiltərə bayraqlarının olması ölkədə böyük maraqla qarşılanıb.

 

Krım böhranından sonra Rusiya ilə münasibətləri pozulan Ukranya ilə bağlı Kreml hələlik heç bir açıqlama verməyib. Kremlin bu məsələyə münasibət bildirməməsi isə iki ölkə arasında yaşanacaq yeni gərginliyə işarət kimi qiymətləndirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...