Kanadanın London şəhərində cinsi istismarda ittiham edilən keşiş Devid Norton 4 il müddətinə azadlıqdan məhrum edilib. Modern.az axar.az-a istinadən xəbər verir ki, 1990-cı illərdə xidmət etdiyi dövrlərdə cinsi istismara məruz qoyduğu şəxs 72 yaşlı D.Nortonu məhkəməyə verib.
Keşiş dindirilmə zamanı əməlindən peşman olmadığını deyib və qarşı tərəfdən üzr istəməkdən imtina edib.
Məhkəmənin qərarı ilə keşiş Norton həm də ömür boyu qız nəvəsini görməkdən məhrum edilib.