Modern.az

İctimai palata mitinq qərarı verdi

İctimai palata mitinq qərarı verdi

Təhsil

1 Oktyabr 2011, 18:42

Oktyabrın 1-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası keçirilib. Sessiyada 2 aprel dustaqlarının məsələsi, ictimai-siyasi durum müzakirə olunub, quruma yeni üzvlər qəbul edilib. Sessiyada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı xalqa bayram təbriki ünvanlanıb. Qərara alınıb ki, oktyabrın 18-də istiqlal bayramı ilə əlaqədar olaraq mitinq-yürüş keçirilsin. Koordinasiya Şurasına tapşırılıb ki, bayram mitinqinə hazırlıqla bağlı işləri görsün, Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət göndərsin.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...