Fransa prezidenti Emanuel Makron bundan sonra Avropanın müdafiəsi üçün ABŞ-ı ikinci plana atıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Makron bu məqsəd üçün hətta Rusiyanın da cəlb olunmasının vacibliyini bildirib.
“Avropanın müdafiəsi üçün ABŞ-a güvənməməliyik, yeni bir layihə hazırlanmalıdır” – Fransa prezidenti bildirib.
O həmçinin, Rusiya ilə Suriya məsələsində razılıqların əldə olunduğunu da qeyd edib.
Lakin Makron Əsəd rejiminin yenə kimyəvi silahlardan istifadə edəcəyi təqdirdə hava zərbələri endirəcəklərini də əlavə edib.