Modern.az

Trampın Çinlə bağlı vədləri də reallaşmır

Trampın Çinlə bağlı vədləri də reallaşmır

Dünya

28 Avqust 2018, 00:44

“Çin ilə ticarət mübahisələrinin həlli ilə bağlı danışıqlar aparmaq üçün indi uyğun vaxt deyil. Bununla belə, Ağ ev rəhbəri Vaşinqton və Pekinin gec-tez fikir ayrılığını yoluna qoymağa müvəffəq olacağı fikrindədir”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Meksika ilə yeni ticarət sövdələşməsinin perspektivlərinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

 

Donald Tramp  bildirib ki, zamanla ABŞ digər ölkələrlə çox işləyir: “Çin də onlardan biridir. Onlar danışıqlar aparmaq istəyirlər, ancaq indi açığı, Çinlə danışıqlar aparmaq üçün uyğun vaxt deyil. Lakin mən əminəm ki, əvvəl-axır biz Çinlə sövdələşmə bağlaya biləcəyik. Gec-tez Çinlə hər şey yaxşı olacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU