Modern.az

Lavrov Amerikanı hədələdi

Lavrov Amerikanı hədələdi

Aktual

28 Avqust 2018, 10:27

Rusiya ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara qarşı cavab verəcəyini bildirib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni sanksiyalara cavab tədbirinin qarşılıq prinsiplərinə əsaslanacağını bəyan edib.

“Biz bütün hücumlara qarşılıqlı prinsipə uyğun olaraq, sakit və praktik hərəkət etməyə davam edəcəyik” – deyə Lavrov söyləyib.

O həmçinin Rusiya ilə ultimatumlar dilində danışmaq cəhdlərinin boşa çıxacağını qeyd edib.

Qeyd edək ki, avqustun 27-də ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU