Modern.az

Deputat oğluna toy eləyir

Deputat oğluna toy eləyir

Parlament

3 Oktyabr 2011, 12:05

91 saylı Ucar seçki dairəsindən bitərəf deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov oğlunu evləndirməyə hazırlaşır.
Bu barədə Modern.az saytına toya dəvət olunan deputatlardan biri məlumat verib. Məlumata görə, toy oktyabrın 8-də Bakıdakı bahalı restoranlardan birində olacaq.
Deputatın qohum olduğu ailənin tanınmış olmadığı bildirilir.

Saytımıza onu da bildiriblər ki, Elton Məmmədovun oğlu da Milli Məclisdə (MM) işə düzəlib. Onun bir ay öncə MM-in Beynəlxalq münasibətlər şöbəsində işə götürlüdüyü qeyd olunur.
Qeyd edək ki, deputat Elton Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı