Modern.az

Tramp Hillari Klintonla bağlı iki quruma çağırış etdi

Tramp Hillari Klintonla bağlı iki quruma çağırış etdi

29 Avqust 2018, 10:58

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosuna (FBI) və Maliyyə Nazirliyinə çağırış edib.

Modern.az bildirir ki,  Tramp “Twitter” hesabında bu haqda yazıb.

Prezident hər iki qurumu keçmiş dövlət katibi Hillari Klintonun sındırılmış elektron poçtlarını araşdırmağa çağırıb.

O həmçinin Klintonun elektron poçtunun sındırılması hadisəsində Çini ittiham edib.

“Hillari Klintonun bir çoxu gizli sayılan mesajları Çin tərəfindən sındırılıb. Yaxşı olardı ki, sonrakı addımları  FBI və ya Maliyyə Nazirliyi ata. Yoxsa onların bütün bu uğursuzluqlarından sonra Ceyms Komi, Endrü Makkeyb, Piter Strjok, Lisa Peyc, “FİSA” (məxfiliyin qorunması haqda razılıqlar) və sair bütün sənədlər öz prioritetini itirəcək” – Tramp yazıb.

Qeyd edək ki, bundan əvvəl Tramp Çin tərəfindən Hilları Klintonun şəxsi elektron poçt ünvanının sındırılmasının mətbuatda böyük qalmaqala səbəb olacağını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU