Modern.az

İran kəşfiyyatı 10-dan çox casusu yaxaladı

İran kəşfiyyatı 10-dan çox casusu yaxaladı

29 Avqust 2018, 11:44

İranın xüsusi xidmət orqanları onlarla casusu həbs etdiyi barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın kəşfiyyat naziri Mahmud Ələvi bəyanat verib.

“Dəfələrlə demişəm ki, bizə ikili vətəndaşlığı olan şəxslər barədə xəbər verin. Əks kəşfiyyat yetərincə uğurlu olub. Biz müxtəlif strukturlarda onlarla casusu müəyyən etməyə və ələ keçirməyə müvəffəq olduq” - Ələvi bildirib.

 

Nazirin sözlərinə görə 32 terrorçu qrup İranda Suriyadakı kimi vəziyyət yaratmaq istəyib.

 

“Onlar 5 sünni din xadimini öldürərək İranda sünni-şiə müharibəsini başlatmaq istəyirdilər”- deyə nazir qeyd edib.

O, həmçinin ölkənin cənubunda İŞİD-lə əlaqəli bir terrorçunun ələ keçirildiyini deyib.

 

Paytaxt Tehranda da bu təşkilatla əlaqəli qruplaşmanın zərərsizləşdirildiyini bildirib.

 

Qeyd edək ki, keçən il İranda rəsmi məlumatlara görə 230 terrorçu qrupun fəaliyyəti dayandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU