Ukrayna ABŞ-dan hava hücumundan müdafiə silahları almaq niyyətindədir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın Vaşinqtondakı səfiri Valeri Çalıy Kiyevin bu barədə ABŞ-a sorğu göndərdiyini bildirib.
Çalıy 750 milyon dollar dəyərində komplekslərin alınacağının planlaşdırıldığını söyləyib.
Onun sözlərinə görə razılaşma iki ölkə rəhbəri tərəfindən müzakirə olunub.
“Bizim gələcək il üçün tələbatlarımız əsasən dəniz və hava məkanıdır ki, bunlarsız biz ölkəni müdafiə edə bilməyəcəyik” – Çalıy bildirib.
Qeyd edək ki, bunlardan əlavə Ukrayna ABŞ-dan pilotsuz uçan aparatlar, qarşıdurma radarları, snayper əleyhinə sistemlər əldə etməyi planlaşdırır.