Ermənistanın İstintaq Komitəsi bu gün səhər saatların N saylı hərbi hissədə aşkarlanmış hərbçinin ölümünü araşdırır.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hərbçi baş leytenant Karen Ovanisyanın bu gün səhər saatlarında özünü öldürdüyü ehtimal olunur.
Meyitin baş və çənə hissələrində güllə yaraları aşkarlandığı bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb və təhqiqat işləri aparılır.