Modern.az

Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan səfiri qəbul etdi

Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan səfiri qəbul etdi

29 Avqust 2018, 17:11

Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycan Respublikasındakı səfiri Carlos Dante Rivanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulandı. 

Səfir Carlos Dante Riva diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov səfir  Carlos Dante Rivaya ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür etdi və  gələcək fəaliyyətində uğurlar arzuladı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!