Modern.az

Əhəd Abıyevin “Yeni Daşkəsən” layihəsi var

Əhəd Abıyevin “Yeni Daşkəsən” layihəsi var

Təhsil

3 Oktyabr 2011, 16:13

Daşkəsənin icra başçısı: “Bizdə müxalifət yoxdur”

“Daşkəsən rayonunda, ölkə rəhbərinin tapşırığı və rəhbərliyi əsasında abadlıq-quruculuq işləri aparılır”. Bunu Modern.az saytına Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. O, bildirib ki, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün Daşkəsən rayonunda yüksək səviyyədə keçirilməsi planlaşdırılır:
“Hazırda Daşkəsəndə havalar çox soyuqdu, Qoşqar dağında möhkəm qar yağıb. Bütun bunlara baxmayaraq, həyat davam edir və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib. Daşkəsəndə heç bir problemdən söhbət gedə bilməz. Oktyabrın 12-də Daşkəsəndə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar böyük bir tədbir keçiriləcək. Həmin tədbirdə eyni zamanda 20 uşaq sünnət ediləcək”.
 
Əhəd Abıyev onu da bildirib ki,  Daşkəsəndə bu gün iqtidara böyük inam var.
“Mən bunu əminliklə deyirəm ki, Daşkəsən rayonunda müxalifət yoxdu, ən əsası sabitlikdi, əmin-amanlıqdı və insanlar bu günki iqtidara çox böyük inamla inanırlar və ən əsası ölkə rəhbəri İlham Əliyevin ətrafında sıx birləşiblər”.

Əhəd Abıyev  Daşkəsəndə “Çovdar” qızıl mədəninin açılmasıyla bağlı ölkə başçısının rayona səfər edəcəyini bildirib:

“Eyni zamanda Daşkəsəndə dünyada analoqu olmayan yeni bir zavod tikilir və hazırda son tamamlama işləri aparılır, dövlət başçısı onun da açılışını edəcək”.
Maraqlıdır ki, icra başçısı zavodun hansı profilli müəssisə olduğunu açıqlamayıb.

Əhəd Abıyev daha sonra bildirib: “Mən icra başçısı olaraq yeni layihə işləyib hazırlamışam, layihənin adı “Yeni Daşkəsən” adlanır.  Bu layihə çərçivəsində yolların çəkilməsi, insanların həyat səviyyəsinin yaxşılaşdırlması ilə bağlı bir çox işlər görüləcək. Hazırda bu proqram Baş nazirə təqdim edilib, Baş nazir də bunu bütün aidiyyatı nazirliklərə təqdim edəcək. Hazırda rəy hazırlanır və qısa bir müddətdə “Yeni Daşkəsən” layihəsi gerçəkləşəcək”.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...