Modern.az

Gecə klubunun sahibi canlı yayım zamanı güllələnib - VİDEO

Gecə klubunun sahibi canlı yayım zamanı güllələnib - VİDEO

29 Avqust 2018, 21:34

“Los Mero Mero” gecə klubunun sahibi “Facebook”da canlı yayım zamanı güllələnib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qətl Puerto-Riko şəhərində baş verib.

 

Kadrlardan görünür ki, 44 yaşlı Omar Rolon Sanyuzt kameraya baxır və bu zaman silah səsi eşidilir.

 

Telefon onun əlindən düşüb və qadın qışqırığının səsləri eşidilib.

 

Omar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Polis faktla bağlı araşdırmalara başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU