Modern.az

Elektriklə işləyən skuter hazırlandı

Elektriklə işləyən skuter hazırlandı

29 Avqust 2018, 22:53

Avropada motosikletlər, skuterlər (asma motorlu idman qayığı) və digər ikitəkərli mototexnikalar istehsalçısı olan “Piaggio Group” sentyabr ayından elektriklə işləyən “Vespa” skuterinin istehsalına başlayacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, skuterin elektriklə işləyən versiyası İtaliyanın Piza əyalətindəki Pontedera fabrikində yığılacaq.

 

Qeyd edək ki, ilk “Vespa” skuteri 1946-cı ildə elə Pontedera fabrikində yığılıb. Alıcılar elektriklə işləyən “Vespa” skuterinin ilk modelini internet vasitəsilə sifariş edə biləcəklər.

 

“Vespa”nın bu modelini noyabr ayında Milanın “EİCMA 2018” sərgi salonunda görmək mümkün olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU