Modern.az

Eldar İbrahimov təltif olunub: “Hər zaman polisin yanında olmuşam”  

Eldar İbrahimov təltif olunub: “Hər zaman polisin yanında olmuşam”    

30 Avqust 2018, 10:49

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

 

Modern.az saytı  Eldar İbrahimovun bu təltiflə bağlı təssüratatlarını öyrənib.


Komitə sədri onu Azərbaycan polisinin 100 illiyi ilə bağlı medalla təltif  etdiyinə görə daxili işlər naziri, general-polkovnik Ramil Usubova dərin minnətdarlığını bildirib.


“Mən bu medalla təltif edildiyimə görə şərəf və qürur hissi keçirdim. Çünki uzun illər bundan öncə  Ramil Usubov Naxçıvanda daxili işlər naziri işləyərkən  mən də yüksək vəzifələrdə çalışırdım. Mənim onunla hər zaman çox yaxşı münasibətlərim olub. Bu gün Azərbaycan polisi ölkəmizdə sabitliyin və asayişin qorunmasında, cinayətkarlığa və onun hər cür təzahürlərinə qarşı mübarizədə üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirir, ictimai təhlükəsizliyin təmin olunmasında müstəsna xidmətlər göstərir. Hesab edirəm ki, daxili işlər orqanlarında bu kimi yüksək keyfiyyətlərin əldə olunmasında cənab nazir Ramil Usubovun müstəsna xidmətləri var.
Mən bir daha demək istəyirəm ki, hər zaman polisin yanında olmuşam və bundan sonra da olacam.  Azərbaycan polisinin 100 illiyi ilə bağlı medalla təltif olunmaqdan qürur duyuram. Bir daha məni bu yüksək medalla təltif etdiyinə görə daxili işlər naziri general-polkovnik Ramil Usubova minnətdarlığımı bildirirəm. Ramil Usubov başda olmaqla, daxili işlər orqanlarının əməkdaşlarına can sağlığı və gələcək işlərində müvaffəqiyyətlər arzulayıram”.

 

 

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi