Modern.az

Bakcell “055” jurnalının 2-ci sayını təqdim edir

Bakcell “055” jurnalının 2-ci sayını təqdim edir

Təhsil

3 Oktyabr 2011, 18:24

Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti iki aydan bir dərc olunan korporativ nəşrinin - “055” jurnalının ikinci buraxılışını təqdim edir. Müştərilərin məlumatlılığının artırılması kampaniyasının bir hissəsi olan “055”, dünya mobil telekommunikasiya bazarından son trendləri və xəbərləri, eləcə də Bakcell şirkətinin fəaliyyətini, yeni məhsul və xidmətlərini işıqlandırır.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış vacib nəşrlərdən biri olan və 100 000 tirajla dərc edilən «055»jurnalı bütün mobil telefon istifadəçilərini mobil telekommunikasiyalar və informasiya texnologiyaları sahəsindəki yeniliklərlə tanış edir. Jurnalın ikinci buraxılışından 2011-ci ilin ən yaxşı applikasiya trendləri, ən son əməliyyat sistemləri, yeni mobil cihazlar, gələcəyin smartfonları barədə məlumat əldə etmək olar. “055” jurnalı oxuculara həmçinin sual-cavabda iştirak etmək və Nokia E6 telefonu qazanmaq imkanı verir.  

Bakcell şirkəti, “Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzi”nin könüllülərinin dəstəyi ilə Bakının mərkəzində “055” jurnalının yayımını həyata keçirib. Jurnalı eyni zamanda  Bakıda və rayonlarda yerləşən bütün Bakcell ticarət nişanlı satış və xidmət nöqtələrindən  pulsuz əldə etmək olar.

Hamınızı “055”jurnalını oxumağa və mobil telekommunikasiya dünyasına daha yaxın olmağa dəvət edirik! Jurnalın elektron versiyası  //www.bakcell.com/uploads/journal/index.php?09.2011/az  internet səhifəsində yerləşdirilib.

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...