Modern.az

Azərbaycanlı deputat Avropadan İran rejiminin durdurulmasını istədi

Azərbaycanlı deputat Avropadan İran rejiminin durdurulmasını istədi

Təhsil

3 Oktyabr 2011, 18:28

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun Siyasi Bürosu və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabatın müzakirəsində İranda insan hüquqlarının pozulması ilə bağlı çıxış edib.

Deputat bildirib ki, İranda insan haqlarının kütləvi pozulması da AŞPA-nı narahat etməli və təşkilat buna öz kəskin etirazını bildirməlidir:
“YUNESKO-nun siyahısında olan Urmiya gölünün qurudulmasına ölkə rəsmilərinin laqeyd, biganə münasibətinə qarşı dinc şəkildə öz sosial və ekoloji tələblərini irəli sürən 100-lərlə günahsız azərbaycanlının həbsxanalara salınması, işgəncələr verilməsi, onların ailələrinin təqib olunması, dinc etiraz aksiyasında iştirak edənlərə qarşı həyata keçirilən amansız işgəncələr hamımızı ciddi narahat etməlidir. Assambleyamız buna biganə qalmamalı, haqları kütləvi şəkildə pozulan bu insanların səsinə səs verməli, onlara dəstək göstərməli və İran rəsmilərini günahsız insanlara qarşı həyata keçirilən repressiyaları, əziyyət və işgəncələri dayandırmağa çağırmalıdır”.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...