Modern.az

Qənirə Paşayeva: “Qətlə yetirilən 13 yaşlı qızın ailəsinin sizdən gözləntiləri var”

Qənirə Paşayeva: “Qətlə yetirilən 13 yaşlı qızın ailəsinin sizdən gözləntiləri var”

Təhsil

3 Oktyabr 2011, 18:03

“Mən ötən sessiyadan keçən dövr ərzində baş vermiş və bizi ciddi narahat etməli olan bəzi məsələlərə toxunmaq istəyirəm”.  Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun Siyasi Bürosu və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabatın müzakirəsində dilə gətirib.

O, qeyd edib ki, Avropa Şurası Parlament Assembleyasının qəbul etdiyi 1416 saylı qətnamədə vurğulanır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal etdiyi torpaqlardan geri çəkilməlidir:
“Amma Ermənistan nəinki Avropa Şurası və BMT qətnamələrini yerinə yetirmir, hətta Avropa Şurasının bütün çağırış və tələblərinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikasında seçkilər keçirir. Sentyabrın 18-də işğal etdikləri Azərbaycan torpaqlarında keçirdikləri bələdiyyə seçkiləri nəinki beynəlxalq hüquqa, BMT, ATƏT və Avropa Şurasının bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrə ziddir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gedən çox həssas danışıqlar prosesinə də ciddi bir zərbədir və bölgədə vəziyyəti daha da gərginləşdirib. Assambleyamız bu kimi halları kəskin pisləməklə yanaşı, Ermənistandan bu kimi addımların dayandırılmasını ciddi şəkildə tələb etməlidir”.

Deputat onu da bildirib ki, Ermənistanla sərhəd bölgələri təmsil edir: “Bu ilin iyul ayında 13 yaşlı bir qız uşağı Aygün Şahmalıyeva Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilib. Assambleyamız kiçik yaşlı uşaqlara qarşı həyata keçirilən bu cür cinayətlərə susmamalıdır. Aygünün ailəsi sizdən etiraz səsinizi ucaldağınızı və bu hadisəni törədən cinayətkarların cəzasını alması istiqamətində səylərinizi artıracağınızı gözləyir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...