Modern.az

ABŞ-ın erməni senatoru Azərbaycanın qara siyahısında

ABŞ-ın erməni  senatoru Azərbaycanın qara siyahısında

Təhsil

4 Oktyabr 2011, 09:28

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Kaliforniya ştatının senatoru Cozef Simityanın adını arzuolunmaz şəxslər siyahısına daxil edib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. Bununla da amerikalı senatorun Azərbaycan ərazisinə gəlməsinə qadağa qoyulub. Bu qərar səbəb senatorun Azərbaycan tərəfi ilə razılaşdırmadan işğal altında olan ərazilərimizə səfər etməsidir. 
Qeyd edək ki, senator Kaliforniyadan olan bir qrup senatorla Azərbaycana səfər edib. Bundan sonra o Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə də səfər edib. Azərbaycana səfərdə iştirak edən digər senatorlar Cozef Simityanla birlikdə Dağlıq Qarabağa getməyiblər. 

Modern.az saytını məlumatına görə həmin senator əslən erməni imiş.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...