ABŞ və Misirin Silahlı Qüvələri sentyabrda birgə hərbi təlimlər keçirəcəklər. Modern.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata görə, Yaxın Şərq və Afrikada ən böyük sayılan "Bright Star - 2018" adlı təlimlərdə 800-ə yaxın amerikalı hərbçi iştirak edəcək. Təlimlər İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Məhəmməd Nahib adına hərbi bazada 8-80 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, "Bright Star - 2018" hərbi təlimləri ilk dəfə 1980-cı ildə keçirilib.