Modern.az

Vergilər Nazirliyindən yenilik

Vergilər Nazirliyindən yenilik

Təhsil

4 Oktyabr 2011, 10:39

Vergilər Nazirliyi "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası ilə əlaqədar elektron  vasitələrdən istifadə olunmaqla  vətəndaşların onlayn rejimdə videoqəbullarının keçirilməsinə start verib.
Vergilər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, vətəndaşların videoqəbulu layihəsini reallaşdırmaqla vətəndaş-dövlət münasibətlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində mühüm addım atılıb. Bundan sonra paytaxtdan kənarda, xüsusilə də ucqar rayonlarda yaşayan ölkə vətəndaşları Ərazi Vergi idarələri və vergi ödəyicilərinə xidmət terminallarına gələrək Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə onlayn rejimdə, birbaşa video ünsiyyətdə ola biləcəklər.
Videoqəbula öz internet imkanlarından istifadə etməklə qoşulmaq istəyənlər üçün bu şərait də yaradılacaq. Vergi ödəyicilərinin layihə barədə geniş məlumatlandırılması, onların Ərazi Vergilər İdarələri və vergi ödəyicilərinə xidmət terminallarının xidmətlərindən istifadə etməklə nazirliyin rəhbər vəzifəli şəxslərinə birbaşa, onlayn videoqəbul rejimində müraciət edə bilmələri üçün Ərazi Vergi İdarələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, nazirliyin rəhbər işçiləri, habelə Ərazi Vergi İdarələri koordinasiya şöbələrinin və ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət terminallarının əməkdaşları ilə treninqlər keçirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...