Modern.az

İlham Əliyev sabah Putinlə görüşəcək - Bir sıra sənədlər imzalanacaq

İlham Əliyev sabah Putinlə görüşəcək - Bir sıra sənədlər imzalanacaq

31 Avqust 2018, 13:44

Kremlin mətbuat xidməti Azərbaycan prezidentinin Rusiyaya sabah sentyabrın 1-də baş tutacaq səfəri barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, məlumatda Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə Soçidə görüşəcəyi bildirilib.

Görüş zamanı bir sıra hökumətlərarası sənədlər və razılaşmalar imzalanacaq.

“Sentyabrın 1-də Soçidə Rusiya prezidenti Vladimir Putinin rəsmi səfərlə Rusiyada olacaq Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olacaq. Danışıqların yekununda bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanması gözlənilir”-məlumatda deyilir.

Gözlənilir ki, liderlər ikitərəfli gündəmin mühüm mövzularını, o cümlədən qarşılıqlı faydalı iqtisadi əlaqələrin sonrakı inkişafını müzakirə edəcəklər. Bundan əlavə aktual regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU